Hörmətli izləyicilər,
Bu bölmədə qeydiyyatdan keçərək vakansiyalar və təlimlər barədə Facebook, Linkedin və Twitter sosial şəbəkələrində paylaşım edərək həm iş axtarışında olan daha çox şəxslərin vakansiyalar barəsində məlumatlı olmasına yardımçı ola, həm də 100 AZN qazanmaq şansı əldə edə bilərsiniz.
Ay ərzində daha çox paylaşım edən şəxs 100 AZN qazanacaq. Həmçinin ay ərzində ən azı 5 paylaşım edən şəxslər arasından 1 nəfər təsadüfi seçim üsulu ilə seçilərək 20 AZN qazanacaq.
Yarışda iştirak etmək üçün:
1. Qeydiyyat düyməsinə klik edərək (və ya aşağıdakı link vasitəsilə) Facebook, Linkedin və Twitter hesabınızı da qeyd edərək qeydiyyatdan keçirsiniz
Qeydiyyat üçün link - keçid
2. Qeydiyyatınız təsdiqləndikdən sonra e-mail və şifrənizi qeyd edərək kabinetinizə daxil olaraq maraqlı hesab etdiyiniz vakansiya və təlimlər barədə elanları paylaşırsınız.
Kabinetə daxil olmaq üçün link - keçid
Şərtlər aşağıdakı kimidir:
1. Yalnız real sosial media hesabları qeyd olunmuş şəxslərin qeydiyyatı təsdiqlənəcək
2. Eyni vakansiya (və ya təlim barədə elan) yalnız 1 dəfə paylaşıla bilər
Yarışda şəffaflığı təmin etmək üçün ən çox paylaşım edən şəxslərin siyahısını onlayn rejimdə şəxsi kabinetinizdə izləyə biləcəksiniz.
Qaliblər hər növbəti ayın ilk günü elan ediləcək və mükafat özlərinin qeyd edəcəkləri bank kartı hesabına köçürüləcək.
Əlavə suallarınız olarsa info@position.az ünvanına və ya inbox-a yaza bilərsiniz.
Hər birinizə uğurlar arzu edirik.