Baş mühasib
Zəhmət-Ruzi MMC
Müddət: 2026-04-07 - 2026-05-07
Baxış sayı: 31
Vakansiya № 1015355
Şəhər:
Bakı
Vəzifə öhdəlikləri:
- Müəssisənin mühasibat uçotunun təşkili və idarə olunması;
- Maliyyə hesabatlarının (balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti və s.) hazırlanması və təqdim edilməsi;
- Vergi, DSMF və digər dövlət orqanlarına hesabatların düzgün və vaxtında təqdim olunmasına nəzarət;
- Vergi qanunvericiliyinə uyğunluğun təmin edilməsi və dəyişikliklərin izlənilməsi;
- Mühasibat uçotunun müvafiq ERP sistemlərində düzgün aparılmasına nəzarət;
- Ay bağlanması prosesinin icra edilməsi;
- Audit proseslərinin təşkili və auditorlarla əməkdaşlıq;
- Mühasibatlıq komandasının idarə olunması və iş bölgüsünün təşkili;
- Rəhbərliyə maliyyə vəziyyəti ilə bağlı mütəmadi hesabatların təqdim edilməsi.
Tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə)
- Baş mühasib və ya oxşar vəzifədə minimum 3–5 il iş təcrübəsi
- Azərbaycan Respublikasının vergi qanunvericiliyini mükəmməl səviyyədə bilməli
- Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə
- PMS sertifikatlarının mövcudluğu mütləqdir
- Vergi bilikləri və vergi hesabatlarının yığılması bacarıqları yüksək səviyyədə olmalıdır
- Mühasibat proqramlarında işləmə bacarığı
- ACCA sertifikatlarının olması əlavə üstünlükdür
- Analitik düşünmə, məsuliyyətlilik və komanda idarəetmə bacarıqları
Əlavə məlumatlar:
- Əmək haqqı müsahibə əsasinda (namizədin bilik bacarığına uyğun olaraq) ;
- Nahar şirkət tərəfindən təmin olunur ;
- Korporativ mobil nömrə ilə təmin edilmə ;
- Könüllü tibbi sığorta ;
- İş qrafiki: 5 günlük
- İş yeri: Həsən Əliyev küç. 38, Xırdalan şəhəri
Müraciət üçün:
CV-lərinizi “Baş mühasib” başlığı ilə recruitment@sab.az düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.
Bu kateqoriyada digər vakansiyalar





