Baş mühasib
Kristal Abşeron MTK
Müddət: 2026-07-28 - 2026-08-28
Baxış sayı: 39
Vakansiya № 1015631
Şəhər:
Bakı
Vəzifə öhdəlikləri:
- Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun düzgün və vaxtında aparılmasına nəzarət etmək;
- Vergi, maliyyə, statistika və digər dövlət hesabatlarının vaxtında və düzgün hazırlayıb təqdim etmək;
- Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə təqdim etmək;
- Mühasibatlıq şöbəsinin fəaliyyətini və əməkdaşların işini koordinasiya etmək, onlara nəzarəti həyata keçirmək.
Tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (istehsal sahəsində təcrübəyə üstünlük verilir);
- Aksizli malların uçotu, aksiz bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi sahəsində yüksək səviyyədə praktiki təcrübə (mütləqdir);
- Mənfəət vergisi, Əlavə Dəyər Vergisi (ƏDV), aksiz vergisi, əmlak vergisi və digər vergi bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi üzrə yüksək səviyyədə praktiki biliklər;
- Azərbaycan Respublikasının vergi qanunvericiliyi, xüsusilə aksizli malların vergitutma qaydaları, vergitutma obyekti, vergi dərəcələri və vergi güzəştləri üzrə dərin biliklər;
- Maliyyə hesabatlarının hazırlanması və müvafiq dövlət qurumlarına təqdim edilməsi sahəsində bilik və bacarıqlar;
- 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
- MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;
- Elektron dövlət informasiya sistemləri və portalları ilə işləmək bacarığı;
- Güclü analitik düşünmə, maliyyə təhlili və riyazi hesablama bacarıqları;
- Komandanın idarə olunması, işin təşkili və effektiv ünsiyyət bacarıqları;
- Yüksək məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə ciddi riayət etmək;
- Peşəkar Mühasib Sertifikatının (PMS – MHBS) olması üstünlük hesab edilir.
İş barədə məlumat
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək;
- İş yeri: Hüseynbala Əliyev 32/24
- İş vaxtı: 5 günlük iş qrafiki.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Baş mühasib” yazmaqla hr@kristal.az düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu kateqoriyada digər vakansiyalar



