Büdcə və xərclərə nəzarət üzrə aparıcı/baş mütəxəssis
Tam Store
Müddət: 2025-11-04 - 2025-12-04
Baxış sayı: 20
Vakansiya № 1014868
Şəhər:
Bakı
Əsas vəzifə öhdəlikləri:
- Aylıq göstəricilər əsasında illik büdcə hesabatlarını hazırlamaq;
- Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrin məsləhətçisi qismində çalışmaq;
- Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil etmək, icmallaşdırmaq və illik icmal büdcənin hazırlanmasında iştirak etmək;
- Şirkət üzrə ümumi xərclərə nəzarət etmək və bununla əlaqədar rəhbərlik üçün lazımi hesabatlar hazırlamaq;
- Boşluqları və xərclərin azaldıla biləcəyi və ya optimallaşdırıla biləcəyi sahələri müəyyən edərək, təşkilat daxilində xərcləri davamlı olaraq izləmək;
- Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət etmək;
- Aylıq, rüblük, illik büdcə və faktiki göstəricilərin qarşılıqlı təhlili;
- Mühasibat məlumatlarının monitorinqi və təhlili, ümumi mühasibat strategiyasını həyata keçirmək və nəzarət etmək;
- Əməliyyat və analitik hesabatların aparılmasına kömək etmək və proqnozlaşdırılan büdcə xərclərini faktiki xərclərlə müqayisə etmək və proqnozlaşdırılan əməliyyat fəaliyyətini faktiki nəticələrlə müqayisə etmək üçün dövri hesabatlar hazırlamaq;
- Hesabat dövrünün sonunda faktiki və büdcə nəticələrinin müqayisələrini əks etdirən hesabat hazırlamaq.
Tələb olunan bilik və bacarıqlar:
- Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
- Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (Excel), (Logo üzrə biliklər üstünlükdür);
- Maliyyə məlumatlarının təhlilinin aparılması bacarığının olması;
- Komandada işləmə, sürətli düşünmə, deadline-larla işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (maliyyə-mühasibatlıq, audit, iqtisadiyyat, biznesin təşkil edilməsi üzrə);
- Maliyyə, hesabatlılıq, büdcələmə, audit sahəsində minimum 2 il iş təcrübəsinin olması.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Büdcə və xərclərə nəzarət üzrə aparıcı/baş mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət et





