Çağrı mərkəzi operatoru
Kristal Abşeron MTK Müddət: 2026-06-05 - 2026-07-05
Baxış sayı: 86 Vakansiya № 1015487
Şəhər:

Bakı


Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Azərbaycan və Rus dillərini bilməli;
  • Səlis və aydın intonasiya ilə nitq bacarığı;
  • Yaxşı ünsiyyət və dinləmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Çağrı mərkəzinə daxil olan zəngləri və sosial şəbəkələrdən daxil olan sorğuları qəbul etmək, qeydiyyatını aparmaq və cavablandırmaq;
  • Telefon zənglərini uyğun şəxslərə yönləndirmək;
  • Müştərilərə doğru və dolğun məlumat vermək; 
  • Müştəri sorğularını qeyd etmək və sorğuların cavalandırılmasını təmin etmək;
  • Qeydiyyata alınmış müştərilərin müraciətlərini vaxtında həllinə nəzarəti həyata keçirmək və geridönüş zənglərini qəbul etmək;
  • Əlaqə saxlayan müştəriləri şirkətin xidmətləri və layihələri, eləcə də yeniliklərlə bağlı məlumatlandırmaq;
  • Əlaqədar struktur vahidləri ilə mütəmadi əlaqə saxlamaq və koordinasiyalı fəaliyyət göstərmək.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • Növbəli iş rejimi;
  • İş yeri: Bakı, Hüseynbala Əliyev 15;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Çağrı mərkəzi operatoru” yazmaqla hr@kristal.az  elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.