Bakı
KredAqro” BOKT MMC korporativ mədəniyyətin inkişafına töhfə verəcək və əməkdaşların səmərəli idarə edilməsini təmin edəcək istedadlı HR meneceri axtarışındadır. Əgər insanlarla işləməyi sevirsiniz və şirkətin inkişafına dəstək olmağa hazırsınızsa — bu vəzifə məhz sizin üçündür!
Vəzifə və öhdəliklər:
- Kütləvi və fərdi vakansiyaların bağlanması üçün əməkdaşların seçimi və işə qəbulu;
- Menecerlərlə birgə əməkdaşların seçimi, adaptasiyası və saxlanılması ilə bağlı effektiv kommunikasiya qurmaq;
- Müsahibələrin və bacarıq əsaslı müsahibələrin keçirilməsi, qiymətləndirmə proseslərinin aparılması;
- Kadr sənədlərinin təşkili və sənəd dövriyyəsinə nəzarət;
- Aktual ştat cədvəlinin və vəzifə təlimatlarının hazırlanması və yenilənməsi;
- Əməkdaşların əhval-ruhiyyəsini və məmnunluğunu izləmək, komanda atmosferini təhlil etmək və təkmilləşdirmə təklifləri vermək;
- Korporativ tədbirlərin və daxili aktivliklərin təşkilində iştirak etmək.
Tələblər:
- Ali təhsil (arzuolunandır: İnsan resurslarının idarə edilməsi, menecment və ya psixologiya sahəsində);
- Oxşar vəzifədə ən azı 3 il iş təcrübəsi;
- Kadr sənədləşməsi üzrə bilik və bacarıqlar;
- Ünsiyyətcillik, təşəbbüskarlıq və detallara diqqətlilik;
- Komanda ilə işləmək və korporativ mədəniyyəti qorumaq bacarığı.
- Dil bilikləri: Azərbaycan və Rus dili — əla; İngilis və ya digər dillərin bilik səviyyəsi üstünlükdür.
HR menecer üçün əsas kompetensiyalar:
- İşə qəbul: Müxtəlif səviyyəli vəzifələr üçün müstəqil şəkildə kadr seçimi və müsahibə aparmaq təcrübəsi;
- Motivasiya: Əməkdaşların motivasiyası və işə bağlılığını artıran sistemlərin hazırlanması və tətbiqi bacarığı;
- Ştat cədvəlinin hazırlanması: Ştat cədvəlini şirkətin tələblərinə uyğun qurmaq və yeniləmək bacarığı;
- Vəzifə təlimatlarının hazırlanması: Aydın və detallı vəzifə təlimatları tərtib etmək təcrübəsi;
- Adaptasiya: Yeni əməkdaşların adaptasiya prosesi, təlim və kollektivə inteqrasiya mərhələlərinin təşkili;
- Kadr strategiyası: Şirkətin uzunmüddətli inkişafına yönəlmiş insan resursları strategiyalarının hazırlanması və həyata keçirilməsi bacarığı;
Biz təklif edirik:
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
- Rəqabətqabiliyyətli əməkhaqqı
- Peşəkar mütəxəssislərdən ibarət komandada iş imkanı
İş şəraiti:
- İş qrafiki: (Bazar ertəsi - Cümə / 08:30-17:30, tam ştat)
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə
- Korporativ nömrə
- Limitsiz çay, kofe və mehriban kollektiv
- Şirkət hesabına əlavə təlim və inkişaf imkanları.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) recruitment@kredaqro.az elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (HR menecer) qeyd etməklə göndərmələri xahiş olunur.





