İnsan Resursları üzrə kiçik mütəxəssis
Sağlam Ailə
Müddət: 2025-11-04 - 2025-12-04
Baxış sayı: 49
Vakansiya № 1014866
Şəhər:
Bakı
Vəzifə öhdəlikləri:
- Tibbi və qeyri tibbi heyətin gündəlik dəvamiyyətinin proqram üzərindən izlənilməsi;
- Aylıq tabellərin hazırlanması;
- İR aid sənədlərin hazırlanması, 1C ERP sistemə və ƏMAS sisteminə daxil edilməsi;
- Əmək Məcəlləsinə və digər qanunvericiliklərə uyğun sənədləşmənin təmin olunması;
- İşçilərin bonuslarının hazırlanması;
- İntizam tənbehləri ilə bağlı işçilərdən izahatların alınması;
- Hesabatların hazırlanmas.
Tələblər:
- Ali təhsil (Biznesin təşkili və idarə edilməsi, İR idarə edilməsi üstünlükdür).
- Müvafiq sahə üzrə 6 ay iş təcrübəsi.
- İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır.
- MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək;
- Əmək Məcəlləsi bilikləri yaxşı səviyyədə bilmək;
- Yüksək ünsiyyət qabiliyyəti;
- Dəqiqlik, məsuliyyət və komandada işləmək bacarığı.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5gün), şənbə və bazar istirahət
- İş yeri – Bakı şəhəri , Əhməd Rəcəbli 3/10
- İş saatları: 09:00-18:00 və ya 08:00-17:00
- Rəqabətə davamlı əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İR üzrə kiçik mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu kateqoriyada digər vakansiyalar





