Mal-material üzrə mühasib
Max Print
Müddət: 2025-10-27 - 2025-11-24
Baxış sayı: 190
Vakansiya № 1014818
Şəhər:
Bakı
Şəhər: Bakı
Vəzifə öhdəlikləri:
- Mal-materialların uçotunun aparılması və müvafiq sənədləşmənin həyata keçirilməsi.
- Anbar əməliyyatlarının düzgün və vaxtında 1C/Mühasibatlıq proqramında əks etdirilməsi.
- Mal-material hərəkətlərinə (mədaxil, məxaric, qaytarılma və s.) nəzarət olunması.
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Mal-material qalığının faktiki göstəricilərlə uyğunluğunun yoxlanılması və inventarizasiyada iştirak.
- Daxili audit və yoxlamalar zamanı tələb olunan məlumatların təqdim olunması.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində).
- Mühasibatlıq və ya mal-material uçotu üzrə minimum 2 il iş təcrübəsi.
- 1C proqramı və MS Excel üzrə peşəkar biliklər.
- Vergi və mühasibat uçotu sahəsində biliklərin olması.
- Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə bacarığı.
Şərtlər:
- İş qrafiki: Bazar ertəsi – Cümə (09:00 – 18:00).
- Əmək haqqı 1200 nett:
- Rəsmi əmək müqaviləsi, Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Müraciət üçün: CV-lərinizi mövzu hissəsində “Mal-material üzrə mühasib” qeyd etməklə hr@maxprint.az elektron poçt ünvanına göndərin.
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| Baş mühasib | Max Print | 2025-10-28 - 2025-11-27 |





