Müqavilələr üzrə mütəxəssis
Facility Management Group Müddət: 2026-08-28 - 2026-09-28
Baxış sayı: 114 Vakansiya № 1015737
Şəhər:

Bakı


Vəzifə öhdəlikləri

  • Müqavilələrdə tərəflərin hüquq və öhdəliklərinin aydın şəkildə əks olunmasına nəzarət etmək;
  • Müqavilələr üzrə potensial riskləri təhlil etmək və müvafiq təkliflər vermək;
  • Müqavilələrin müddət və şərtlərini izləmək, yenilənmə prosesini vaxtında təşkil etmək;
  • Müqavilələrin elektron və fiziki bazasını aparmaq və sənədlərin arxivləşdirilməsini təmin etmək;
  • Qarşı tərəf şirkətlərlə müqavilə məsələləri üzrə işgüzar yazışmalar aparmaq;
  • Müqavilələrin təsdiq və imza proseslərində iştirak etmək;
  • Müqavilə üzrə son tarixləri izləmək və müqavilə münasibətlərinin uzadılması zərurəti barədə aidiyyəti şəxsləri vaxtında məlumatlandırmaq;
  • Müqavilə öhdəliklərinin icrası ilə bağlı ilkin sənədlərin tərəflər arasında mübadiləsini təmin etmək;
  • Müqavilələrə əlavə və dəyişikliklərin hazırlanmasını və rəsmiləşdirilməsini həyata keçirmək;
  • Müqavilə üzrə işlərin gedişi, gecikmələr, müddətin başa çatması və digər məsələlərlə bağlı bildirişlər hazırlamaq və qarşı tərəfi məlumatlandırmaq;
  • Rəhbərliyin tapşırığı əsasında müqavilələr üzrə hesabatlar hazırlamaq.

Tələblər

  • Hüquq, iqtisadiyyat, biznesin idarə edilməsi və ya digər əlaqəli sahə üzrə ali təhsil;
  • Müqavilələrin idarə olunması və ya müqavilə hüququ sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının mülki qanunvericiliyi və müqavilə münasibətləri üzrə biliklər;
  • Müqavilə şərtlərini və risklərini təhlil etmək bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində yazılı və oxu bacarığı;
  • Yüksək analitik düşüncə və detallara diqqət;
  • Sənədlərlə işləmək və işləri vaxtında icra etmək bacarığı;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Könüllü tibbi sığorta
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları
  • Rəqabətli əmək haqqı və bonus sistemi
  • Şəhər mərkəzində ofis
  • Korporativ tədbirlər
  • Korporativ loyallıq proqramına üzvlük

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.