Riskləri İdarəetmə Komitəsinin müstəqil kənar üzvü
Qala Sigorta Müddət: 2025-10-13 - 2025-11-13
Baxış sayı: 163 Vakansiya № 1014771
Şəhər:

Bakı


Vəzi̇fə və öhdəli̇klər:

  • Risk iştahası bəyannaməsinə, risklərin idarə edilməsi siyasətlərinə və qaydalarına, risk limitlərinə, habelə onlarda aparılan dəyişikliklərə baxmaq və təsdiq olunması üçün Direktorlar Şurasına təqdim etmək;
  • Sığortaçının fəaliyyətinin risklərin idarə edilməsi siyasətlərinə uyğunluğunu təmin edən prosedurların mövcudluğuna, habelə İdarə Heyəti tərəfindən risk iştahası bəyannaməsinin tətbiqinə nəzarət etmək;
  • Sığortaçının risk mədəniyyətinin vəziyyətinə dair Direktorlar Şurasına hesabat vermək;
  • Məcmu və ayrı-ayrı risk növləri üzrə sığortaçının cari və gələcəkdəki risk iştahasına dair Direktorlar Şurasına təkliflər vermək;
  • Direktorlar Şurasının təsdiq etdiyi siyasətlərlə bağlı strateji qərarlarında strateji risklərin, həmçinin müştərilərə təklif olunan sığorta məhsullarından yarana biləcək risklərin nəzərə alınmasını təmin etmək üçün Direktorlar Şurasına tövsiyə vermək;
  • Komitəyə təqdim edilməli olan risk hesabatlarının xüsusiyyətini, həcmini, forması və təqdim edilmə dövriliyini müəyyən etmək;
  • Aidiyyəti üzrə digər məsələlərlə yanaşı, mükafatlar üçün ayrılan ümumi məbləğin və mükafatlandırma siyasətində öz əksini tapan ƏFG-lərin sığortaçının risk profilinə uyğun olmasına nəzarət etmək (sığortaçıda mövcud olduğu halda isə bu istiqamətdə Korporativ İdarəetmə Komitəsi ilə əməkdaşlıq etmək);
  • Baş risk inzibatçısından və aidiyyəti struktur bölmələrdən sığortaçının cari risk profili, risk mədəniyyətinin cari vəziyyəti, risk iştahası və risk limitlərinin istifadəsi, risk limitlərinin pozulması halları və risklərin azaldılması tədbirlərinə dair hesabat almaq;
  • Baş risk inzibatçısı ilə əməkdaşlıq etmək, müzakirələr aparmaq, onun fəaliyyətinə nəzarət etmək, risklərin idarə edilməsi funksiyasının təşkili ilə bağlı Direktorlar Şurasına məsləhət vermək.

Tələblər:

Təhsil: ali təhsil

Dil bilikləri: Azərbaycan və rus dillərində səlis danışmaq və yazmaq bacarığı, ingilis dili biliyi üstünlükdür;

İş təcrübəsi: risklərin idarə edilməsi üzrə azı 5 (beş) illik iş təcrübəsinə malik olmalıdır;

Yumşaq vərdişlər: Ünsiyyət bacarıqları, komanda ilə işləmək, problem həll etmə bacarığı, tənqidi düşüncə, adaptasiya və çevik yanaşma, məsuliyyətlilik, stressə davamlılıq.

Korporativ standartların tələbləri: əvvəlki 2 (iki) il ərzində özü və ya ailə üzvləri sığortaçıda, ona aidiyyəti olan şəxsdə (ikinci və üçüncü müdafiə xətləri üzrə struktur bölmələr, Audit və Risk İdarəetmə Komitələri istisna olmaqla), həmçinin sığortaçının məsləhət, dəstək, qiymətləndirmə, dərəcələndirmə və ya müstəqil audit xidməti aldığı şirkətlərdə digər vəzifə tutmamış olmalıdır;

Riskləri İdarəetmə Komitəsinin üzvləri sığortaçının kommersiya əlaqəsi olan hər hansı şəxsin və ya hüquqi şəxsin idarəetmə orqanlarının əməkdaşlarının yaxın qohumu olmamalı, fəaliyyəti dövründə sığorta sahəsində xidmətin göstərilməsi və digər xidmətlərlə əlaqədar mülki-hüquqi və ya əmək münasibətlərində olmamalıdır;

Riskləri İdarəetmə Komitəsinin üzvləri fərdi olaraq sığortaçının strateji planını və risk limiti səviyyəsini qiymətləndirmək və mühakimə yürütmək üçün zəruri olan bilik, bacarıq və təcrübəyə malik olmalıdırlar. 


Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/qala-insurance/qala-insurance-riskleri-idareetme-komitesinin-musteqil-kenar-uzvu-24581/apply