Təchizat üzrə aparıcı mütəxəssis
ATS FOOD Müddət: 2026-10-15 - 2026-11-15
Baxış sayı: 43 Vakansiya № 1015873
Şəhər:

Bakı


İş yeri: Sumqayıt şəhəri

Vəzifə öhdəliyi: 

  • Nəqliyyat xidmətləri və nəqliyyat vasitələri ilə bağlı satınalma bazarının araşdırılması, yerli və xarici təchizatçıların müəyyən edilməsi, təchizatçı bazasının formalaşdırılması və təhlili;
  • Nəqliyyat xidmətləri, yükdaşıma, nəqliyyat vasitələrinin icarəsi, ehtiyat hissələri, texniki xidmət və təmir, eləcə də digər nəqliyyat ehtiyacları üzrə satınalma prosesinin təşkili və idarə edilməsi;
  • Daxili sifarişlər əsasında satınalma tələbatının təhlil edilməsi, müvafiq kateqoriyalar üzrə mal və xidmətlərin şirkətin daxili prosedurlarına uyğun, vaxtında və sərfəli şərtlərlə satın alınmasının təmin edilməsi;
  • Nəqliyyat və logistika üzrə sifarişçilərlə sıx əməkdaşlıq edilməsi, texniki tələblərin və büdcə ehtiyaclarının dəqiqləşdirilməsi, xərclərin optimallaşdırılması məqsədilə alternativlərin qiymətləndirilməsi;
  • Potensial təchizatçılara qiymət təklifləri sorğularının göndərilməsi, kommersiya təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması, qiymət, keyfiyyət, çatdırılma müddəti və xidmət şərtlərinin qiymətləndirilməsi;
  • Təchizatçılarla qiymət, ödəniş, çatdırılma və xidmət şərtləri üzrə danışıqların aparılması, sərfəli satınalma şərtlərinin əldə edilməsi;
  • Nəqliyyat xidmətləri və əlaqəli mal-materialların satın alınması üzrə tender prosesinin təşkili, tender sənədlərinin hazırlanması və tender komissiyasının işinin koordinasiyası;
  • Satınalma sifarişlərinin hazırlanması, yerləşdirilməsi, icrasına nəzarət edilməsi və sifarişlərin vaxtında bağlanmasının təmin olunması;
  • Nəqliyyat xidmətləri üzrə müqavilələrin hazırlanması prosesinin təşkili, müqavilə şərtlərinin razılaşdırılması və müqavilə öhdəliklərinin icrasına nəzarət edilməsi;
  • Təchizatçılarla əməkdaşlığın, göstərilən xidmətlərin keyfiyyətinin və razılaşdırılmış şərtlərə uyğunluğun qiymətləndirilməsi;
  • Satınalma və tender prosesləri üzrə sənədləşmənin aparılması, müvafiq reyestrlərin və hesabatların hazırlanması;
  • Satınalma xərclərinin təhlil edilməsi, büdcəyə uyğunluğun izlənilməsi və xərclərin azaldılması imkanlarının müəyyənləşdirilməsi.

Namizədə dair tələblər

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika, Nəqliyyat və ya müvafiq sahələr üzrə);
  • Satınalma sahəsində minimum 5 il iş təcrübəsi; nəqliyyat və logistika xidmətləri üzrə satınalma təcrübəsi üstünlükdür;
  • Azərbaycan dilini əla, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək;
  • Microsoft Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
  • 1C və ERP sistemləri ilə işləmək bacarığı;
  • Satınalma prosedurları, tender prosesləri, müqavilə şərtləri və kommersiya danışıqları üzrə biliklər;
  • Analitik düşünmə, danışıqlar aparmaq, təhlil etmək və xərcləri optimallaşdırmaq bacarığı;
  • Satınalma sahəsi üzrə peşəkar sertifikatların olması üstünlükdür.

İş qrafiki:

  • 5 günlük iş qrafiki;
  • İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun təyin edilir.

Üstünlüklərimiz: 

  • Nahar və servis təminatı
  • Könüllü tibbi sığorta
  • Korporativ nömrə və danışıq limiti

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Təchizat üzrə aparıcı mütəxəssis” başlığı ilə hr@atsfood.az düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər