Telesatış üzrə operator
Barattson
Müddət: 2025-10-24 - 2025-11-25
Baxış sayı: 155
Vakansiya № 1014809
Şəhər:
Bakı
Əsas vəzifə öhdəlikləri:
- Telefon vasitəsilə təqdim olunmuş baza əsasında potensial müraciətçilərlə əlaqə saxlamaq və onlara telefon üzərindən satış həyata keçirmək;
- Müraciət edən şəxslərə tədris olunan təlimlər haqqında ətraflı və dəqiq məlumat verərək satışını təşkil etmək;
- Müraciət edən şəxslərin məlumatlarını CRM bazasına daxil etmək;
- Müraciətçilərin müştəriyə çevrilməsi üçün mütəmadi iş aparmaq;
- Şöbə rəhbərinin tapşırıqlarını yerinə yetirmək.
Əsas tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat arzuolunandır);
- Dil bilikləri: Azərbaycan dili – səlis, Rus və İngilis dillərini bilmək üstünlükdür;
- Satış üzrə təcrübə arzuolunandır.
Şəxsi keyfiyyətlər:
- Xoş ünsiyyətcil, gülərüz;
- Dinləmək qabiliyyəti;
- Səlis nitq qabiliyyəti;
- İnsanları inandırma bacarığı;
- Çevik işləmək bacarığı;
- Nizam-intizam və işinə qarşı məsuliyyətli olmaq.
Qrafik: Altıgünlük iş həftəsi, (həftə içi saat 10:00-18:00, şənbə qısa iş günü (10:00-16:00))
Əmək haqqı: 400-500 AZN+ bonus (əmək haqqı artımı pilləli şəkildədir)
Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Telesatış üzrə operator” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-nin son göndərilmə tarixi: 25 noyabr 2025-ci il.
Bu şirkətin digər vakansiyaları





