Xəzinədarlıq departamentinin Birja əməliyyatları şöbəsi/kiçik mütəxəssis/mütəxəssis
TuranBank Müddət: 2025-11-03 - 2025-12-03
Baxış sayı: 26 Vakansiya № 1014859
Şəhər:

Bakı


Tələblər:

  • Maliyyə və İqtisadiyyat üzrə ali təhsil (Magistr təhsili üstünlükdür);
  • Bank sektorunda ən azı 1 illik iş təcrübəsi;
  • Kollektivdə işləmə bacarığı;
  • Analitik düşünmək, məsuliyətlilik, diqqətlilik;
  • MS Office proqramlarında işləyə bilmək qabiliyyəti;
  • Rus və ingilis dili biliyi üstünlükdür.
    Yaş həddi:
       21-35

Vəzifə öhdəlikləri:

  • Yerli və xarici valyuta bazarlarında valyutaların alqı/satqı məzənnələrinin daim izlənilməsi və bu barədə Xəzinədarlıq departamentinin direktoruna daim sistematik məlumatların verilməsi;
  • Bank müştərilərinin, o cümlədən filialların xarici valyutalar üzrə tələblərinin qarşılanması üzrə rəhbərliyə məlumat verilməsi və icrasının həyata keçirilməsi;
  • Gündəlik şəkildə dünyada baş verən məzənnə dəyişikliklərinə reaksiya verərək, yeni kursun Azərbaycan Mərkəzi Bankına nəzərən tərtib edilməsi, bankın aidiyyatı əməkdaşlarına ötürülməsi;
  • Sistemdə filialların və müştərilərin konvertasiya sifarişlərinin, müştəri köçürülmələrinin düzgünlüyünə nəzarət edilməsi, yoxlanılması;
  • Yerli və xarici əməkdaş banklarla əlaqə saxlanılması və əqdlərin bağlanılması;
  • AVM-ə nəzarəti həyata keçirilməsi və idarə edilməsi;
  • Maliyyə bazarları üzrə əqdlərə nəzarət bölməsi əməkdaşları ilə əməliyyatların 4 göz prinsipi ilə yoxlanıması.

    Müraciət et