DevOps üzrə Aparıcı Mühəndis
AzSoftware System MMC
Duration: 2025-10-29 - 2025-11-29
View count: 160
Vacancy № 1014827
City:
Baku
Əsas vəzifə öhdəlikləri:
- CI/CD proseslərinin qurulması, idarə olunması və təkmilləşdirilməsi (GitLab CI/CD)
- Linux əsaslı infrastrukturun monitorinqi, nasazlıqların aradan qaldırılması və optimallaşdırılması
- Tərtibat komandaları ilə birlikdə tətbiqlərin Docker və Kubernetes ilə konteynerləşdirilməsi və yerləşdirilməsi
- HashiCorp Vault ilə gizli məlumatların təhlükəsiz idarə olunması (Secrets, Dynamic Credentials, AppRole, Kubernetes Auth)
- Longhorn və ya digər CSI storage həlləri ilə davamlı storage idarəetməsi
- Təkrarlanan əməliyyatların Bash, Python və ya Go ilə avtomatlaşdırılması
- Monitoring, logging və alerting sistemlərinin idarə olunması (Prometheus, Grafana, Loki, ELK/ElasticSearch)
- MinIO obyekt saxlama sisteminin və S3 uyğun storage həllərinin idarə olunması
- HAProxy / Nginx ingress, load balancing və TLS terminasiya konfiqurasiyalarının həyata keçirilməsi
- Message brokerlərin (RabbitMQ, ActiveMQ və s.) konfiqurasiyası və dəstəklənməsi
- Sistemlərin təhlükəsizliyinin təmin olunması və periodik auditlər
Əsas tələblər:
- DevOps, SRE və ya sistem mühəndisliyi sahəsində ən azı 2-3 il iş təcrübəsi
- Linux (Ubuntu, CentOS və ya RHEL) mühitində dərin idarəetmə bacarığı
- Docker və Kubernetes üzrə praktiki biliklər və real mühit təcrübəsi
- GitLab CI/CD və YAML əsaslı pipeline-ların tərtibatı
- Ansible və ya digər konfiqurasiya idarəetmə vasitələri ilə təcrübə
- Prometheus, Grafana, ElasticStack, Loki kimi observability alətləri ilə iş təcrübəsi
- Bash, Python və ya Go dillərində skript yazmaq bacarığı
- Şəbəkə əsasları, TLS/SSL və təhlükəsizlik üzrə biliklər
- Komanda işi və çevik (Agile/Scrum) mühitdə işləmək bacarığı
Üstünlük sayılır:
- Helm chart-ları ilə iş təcrübəsi
- GitOps yanaşması və ArgoCD ilə tanışlıq
- NFS və ya CIFS storage inteqrasiyaları
- Service Mesh texnologiyaları (Istio və ya Linkerd) ilə təcrübə
İş rejimi :
5 günlük 09-00 / 18-00 (şənbə,bazar istirahət)
Əmək haqqı :
Namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin oluncaq.
İş yeri:
- Ünvan Luxen Plaza Xətai pr 34
- Namizədlərdən CV formaların “DevOps üzrə Aparıcı Mühəndis” başlığı ilə hr@azsoftware.az email ünvanına göndərməkləri xahiş olunur.





