Kadrlar üzrə mütəxəssis / Ofis meneceri
Qartal Tikinti Firması
Duration: 2026-10-27 - 2026-11-27
View count: 73
Vacancy № 1015904
City:
Baku
İş şəraiti
- İşəgötürən: Qartal Tikinti Firması
- İlkin əmək haqqı: 800 Azn Vergilər çıxıldıqdan sonra
- Sınaq müddətindən sonra: 1000 AZN (Vergilər çıxıldıqdan sonra)
- İş yeri: Sumqayıt şəhəri
Tələblər:
- Ali təhsilli olmalı;
- İnsan Resursları üzrə kurs bitirməli;
- Minimum 1 il ofis meneceri vəzifəsində iş təcrübəsi olmalı;
- Ofis proqramlarını (Word, Excel, Outlook) mükəmməl bilməli;
- İnsanlarla xoş ünsiyyət yarada bilmək qabiliyyəti, kollektiv üzvləri ilə yaxşı münasibət qura bilmək qabiliyyəti olan xanım namizəd tələb olunur;
- İşində dəqiq, məsuliyyətli, işgüzar olmalı;
- 23-30 yaş həddində xanım olmalı;
- Sumqayıt şəhərində yaşaması mütləqdir. Digər şəhərlərdə yaşayanlar müraciət etməsinlər.
İş haqqında məlumat:
- Daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi;
- Sənədlərinin dövriyyəsinin təmin edilməsi;
- İSB sistemində sığorta edilmə prossesinin həyata keçirilməsi;
- Sənədlərin təyinatı üzrə arxivdə yerləşdirilməsi və cavabdehlərə göndərilməsi;
- İşçilərin tabelinin gündəlik,həftəlik və aylıq aparılması;
- Firma əməkdaşlarının korporativ nömrələrinin balans əməliyyatlarının həyata keçirilməsi;
- Direktorun dəvət olunduğu tədbirlərin öncədən yazılıb poçta yerləşdirilməsi;
- Nəzarətdə olan tapşırıqları hər günün sonunda direktora göndərilməsi;
- Əmək müqavilələrinin və xidmət müqavilələrinin hazırlanması və xitam verilməsi;
- Əmək müqavilələrinin ƏMAS sistemində yerləşdirilməsi və kargüzarlıq;
- Məktubların, emaillərin yazılması və göndərilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İşçi üçün yaradılan şərait:
- İş saatı 09:00-18:00;
- Nahar firma hesabına verilir;
- İstirahət günü - Şənbə və Bazar günləri;
- İş yeri Sumqayıt şəhərində firmanın baş ofisindədir.
CV-nizi mövzu yerində “Kadrlar üzrə mütəxəsis / Ofis meneceri” qeyd etməklə a.rashid@qartal.az elektron poçt ünvanına göndərə bilərsiniz.
Other vacancies in this category