Maliyyə üzrə Şöbə Müdiri
Zeytun Pharmaceuticals
Duration: 2025-10-29 - 2025-11-29
View count: 206
Vacancy № 1014836
City:
Baku
Tələblər:
- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
- Təcrübə: minimum 5 il (maliyyə təhlili sahəsində);
- Satışların, ehtiyatların təhlili üzrə bilikər və təcrübə;
- Komputer üzrə biliklər: 1C; MS Office (Excell- əla səviyyədə) proqramlarından sərbəst istifadə qabiliyyəti;
Vəzifə öhdəliki:
- Layihələrin iqtisadi hesablamalarının aparılması;
- Aylıq maliyyə hesabatının bağlanılmasına nəzarət;
- Gömrük və idxal rüsumlarının işlənməsinin yoxlanılması;
- Nəqliyyat reyestrinin işlənməsinə və xərclərə nəzarət;
- Sistemdə təsdiqlənmiş düzəlişlərin aparılması;
- Müxabirləşmələrin düzgün gedişinin yoxlanması və düzəlişi;
- Təchizatlardan daxil olmaların və ödənişilərin yoxlanması;
- Hesab qalıqlarının yoxlanması;
- Mədaxil və silinən malların qarşılıqlı yoxlanması uyğun düzəlişlərin icrası;
- Təsdiqlənməmiş və silinmiş mədaxil qaimələrinin araşdırılması;
- Satışın mənfəətliliyinin araşdırılması və düzəlişi;
- Sifarişlərin maya dəyərinin hazırlanması və satış qiyməti təklifinin verilməsi;
- Xarici alışlarda əmtəə çeşidi üzrə müşahidə olunan qiymət dəyişikliyi hesabatını hazırlamaq və qiymət artımı səbəbini araşdırmaq;
- Analitik hesablamaların hazırlanması;
- Satış və satınalma üzrə hesablaşmalara nəzarət edilməsi;
- İtkilərin və izafi xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlamaq;
- Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası;
- Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili;
İş şəraiti:
- İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi hrdepartment@zeytunpharma.az düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Other vacancies in this category
Other vacancies of this employer
| Position | Employer | Duration |
|---|---|---|
| Sürücü | Zeytun Pharmaceuticals | 2025-10-29 - 2025-11-28 |





