Mühasib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Duration: 2026-10-14 - 2026-11-14
View count: 45
Vacancy № 1015867
City:
Baku
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi “Mühasib” vəzifəsi üzrə vakansiya elan edir: Mühasib
Məkan: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun 151
İş qrafiki: Bazar ertəsi – Cümə, 08:00-17:00
Tələblər:
- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Mühasibat uçotu sahəsində minimum 1 il iş təcrübəsi;
- 1C mühasibat proqramı, MS Excel və digər Microsoft proqramları,dövlət vergi orqanlarının elektron informasiya sistemləri ilə işləmək bacarığı.
- Satış əməliyyatları, hesablaşmalar və debitor borcların uçotu üzrə bilik və bacarıqlar;
- Əsas vəsaitlərin uçotu, amortizasiya hesablanması və inventarizasiya qaydaları üzrə biliklər;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, rus və ya ingilis dillərindən ən azı birini bilmək üstünlükdür
- Analitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı.
Öhdəliklər:
- Təhsil xidmətləri üzrə müqavilələrin, ödəniş qrafiklərinin və hesablaşmaların uçotunu aparmaq;
- Şagirdlər üzrə ödəniş və daxilolmaları izləmək, debitor borcların və gecikmiş ödənişlərin uçotunu aparmaq, onların vaxtında ödənilməsinə nəzarət etmək;
- Nağdsız və POS-terminal ödənişləri mühasibat uçotunda əks etdirmək və üzləşdirmələr aparmaq;
- Satış və yığım əməliyyatları üzrə hesabatlar hazırlamaq, uçot məlumatlarının düzgünlüyünü təmin etmək.
- Əsas vəsaitlərin qəbulu, təhvil-təslimi, yerdəyişməsi, amortizasiyası və silinməsi üzrə mühasibat uçotunu aparmaq, müvafiq sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək;
- Əsas vəsaitlərin inventar qeydiyyatını, barkodlaşdırılmasını və maddi məsul şəxslər üzrə uçotunu aparmaq, inventarizasiya prosesində iştirak etmək və uçot məlumatlarını faktiki mövcudluqla üzləşdirmək;
- Əsas vəsaitlər üzrə hesabatları hazırlamaq, müvafiq əməliyyatların 1C proqramında düzgün və vaxtında əks etdirilməsini təmin etmək.
Biz təklif edirik:
- Rəqabətədavamlı xalis əməkhaqqı
- Kompleksin yeməkxanasında nahar imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, hr.cv@mtk.edu.az elektron poçt ünvanına CV formalarını “Mühasib” başlığı ilə göndərsinlər.
Other vacancies in this category