Tibbi xidmətlər üzrə mütəxəssis
Paşa Sığorta Duration: 2026-10-27 - 2026-11-27
View count: 39 Vacancy № 1015903
City:

Baku


Tibbi xidmətlər üzrə mütəxəssis

“PAŞA Sığorta” ASC namizədləri Tibbi xidmətlər üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu vəzifə sığorta olunan müştərilərə tibbi sığorta proqramları çərçivəsində dəstəyin göstərilməsinə, daxil olan müraciətlərin və tibbi sənədlərin qiymətləndirilməsinə, tibbi xidmətlərin, əməliyyatların, hospitalizasiya hallarının və digər müraciətlərin sığorta proqramlarının şərtlərinə uyğunluğunun təhlilinə cavabdeh olan mühüm roldur. Mütəxəssis müvafiq tibbi ekspertizanın həyata keçirilməsini, sığorta hadisələrinin tənzimlənməsi prosesində iştirakını və müraciətlərin sığorta şərtlərinə uyğun olaraq qiymətləndirilməsini təmin edəcəkdir.

Vəzifə və öhdəliklər

  • Sığorta olunmuş şəxslərə tibbi sığorta proqramları üzrə məlumat və məsləhət xidmətinin göstərilməsi;
  • Sığorta hadisələri ilə bağlı müraciətlərin qəbul edilməsi, araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi;
  • Klinikalar və digər tibb müəssisələri tərəfindən təqdim olunan sorğuların qiymətləndirilməsi və müvafiq qərarların qəbul edilməsi;
  • Sığorta olunanlara təyin edilmiş əməliyyatların, stasionar və ambulator tibbi xidmətlərin tibbi göstərişlər və sığorta proqramının şərtləri əsasında qiymətləndirilməsi;
  • Təqdim olunmuş tibbi sənədlərin (epikrizlər, laborator və instrumental müayinə nəticələri, həkim rəyləri və digər tibbi sənədlər) təhlilinin aparılması;
  • Tibbi xidmətlərin, əməliyyatların və digər müraciətlərin sığorta proqramının şərtlərinə uyğunluğunun qiymətləndirilməsi, təsdiqlənməsi və ya əsaslandırılmış qərarın verilməsi;
  • Hospitalizasiya və tibbi yardım proseslərinin əlaqələndirilməsi;
  • Sığorta olunan şəxslərin maraqlarının qorunması məqsədilə tibb müəssisələri və müalicə həkimləri ilə peşəkar əməkdaşlığın qurulması;
  • Tibbi sığorta hadisələri üzrə məlumatların müvafiq informasiya sistemlərinə daxil edilməsi və izlənilməsi;
  • Hesabatların, rəylərin və digər işgüzar sənədlərin hazırlanması;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Biliklər

  • Tibb üzrə ali təhsil;
  • Tibbi sığorta və tibbi ekspertiza üzrə biliklər;
  • Microsoft Office proqramları üzrə yaxşı istifadə bacarığı;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək;
  • İngilis dili biliyi üstünlükdür.

Təcrübə

  • Tibbi sığorta, səhiyyə və ya tibbi ekspertiza sahəsində minimum 2 il iş təcrübəsi;
  • Tibbi sənədlərin qiymətləndirilməsi və tibbi xidmətlərin ekspertizası sahəsində təcrübə üstünlükdür.

Bacarıqlar

  • Analitik düşünmə və qərarvermə bacarığı;
  • Güclü ünsiyyət və təqdimat bacarığı;
  • Problem həll etmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Stressə davamlılıq;
  • Vaxtın effektiv idarə edilməsi bacarığı.

İş rejimi

  • Vəzifə növbəli iş qrafiki əsasında həyata keçirilir;
  • İş günləri, iş saatları və növbələr əməliyyat ehtiyaclarına uyğun olaraq müəyyən edilir;
  • İş və istirahət günlərinin bölgüsü biznes və əməliyyat ehtiyacları nəzərə alınmaqla müəyyən edilir və zərurət yarandıqda dəyişdirilə bilər.

Biz Sizə Təklif Edirik

Dəyər yaradan işlər

  • Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.

Birlikdə güclənən komanda

  • Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.

Davamlı inkişaf imkanları

  • Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.

Etimada əsaslanan iş mühiti

Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


Other vacancies in this category