Direktor köməkçisi
ATS FOOD Период: 2026-07-28 - 2026-08-28
Количество просмотров: 84 Вакансия № 1015633
Город:

Сумгайыт


İş yeri: Sumqayıt şəhəri

Vəzifə öhdəliyi: 

  • Şirkətin şəhər nömrələrinə  daxil olan şikayətlərin qeydə alınması və aidiyyatı şəxslərin məlumatlandırılması;
  • Şirkət e-mailinə və nömrələrinə daxil olan əməkdaşlıq təkliflərinin cavablanması və ya aidiyyatı üzrə yönləndirilməsi; 
  • Sənədlərin aidiyyatı department rəhbərlərinə vizalanmasına və direktorun imzasına təqdim edilməsi;
  • İmzalanmış müqavilələrin təhvil-təsliminin qeydiyyatının aparılması;
  • Şirkət daxilində imzalanmış sənədlərin aidiyyatı üzrə paylanması;
  • Nağd pul tələbnaməsinin tərtib olunması, imzalanması və icrası üçün xəzinədarlığa təqdim olunması;
  • İclas otağının iclasların, görüşlərin keçirilməsi üçün hazır vəziyyətdə olmasına nəzarəti və keçirilən iclasların, görüşlərin qeydiyyatının aparılması;
  • Aylıq hesabat iclaslarında protokolun tərtib edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
  • Aylıq hesabatlara nəzarət.

Namizədə aid tələblər:

  • Ali təhsil: İqtisadiyyat, Maliyyə və Biznesin idarəedilməsi üzrə olması üstünlükdür
  • İş təcrübəsi: 2 il
  • Dil bilikləri: Azərbaycan (əla), ingilis dili (çox yaxşı), rus dili (çox yaxşı)
  • Kompyuter bilikləri:  MS Office proqramları üzrə yüksək səviyyədə biliklər
  • Cinsi: Bəy  
  • Sürücülük vəsiqəsi olmalıdır
  • Ezamlara gedə bilməlidir

İş qrafiki:

  • 5 günlük iş qrafiki
  • İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir.

Üstünlüklərimiz: 

  • Nahar 
  • Könüllü tibbi sığorta
  • Servis 
  • Korporativ nömrə və danışıq limiti

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Direktor köməkçisi” başlığı ilə hr@atsfood.az elektron poçt ünvanına göndərə bilərlər.


Другие вакансии в этой категории