Satınalma üzrə mütəxəssis
Avant Group Период: 2026-10-15 - 2026-11-15
Количество просмотров: 42 Вакансия № 1015875
Город:

Баку


Vəzifə öhdəlikləri:

  • Vendorlarla gündəlik satınalma prosesləri üzrə işgüzar kommunikasiyanın aparılması;
  • RFQ (Request for Quotation) sorğularının göndərilməsi və qiymət təkliflərinin toplanması;
  • Tenderlər üzrə qiymət müqayisə cədvəllərinin (Comparison Sheets) hazırlanması;
  • Materialların qiymətlərinin və bazar şərtlərinə uyğunluğunun təhlil edilməsi, zəruri hallarda BD Analytics-in bazar analitikası və müqayisəli qiymətləndirmə məlumatlarından istifadə olunması;
  • Tender nəticələrinin qiymətləndirilməsi və müvafiq hesabatların hazırlanması üzrə Satınalma Menecerinə və şöbə rəhbərinə dəstək göstərilməsi;
  • Tikinti Departamentindən daxil olan operativ satınalma tələblərinin vaxtında icra edilməsi;
  • Materialların texniki uyğunluğunun və təsdiq statusunun dəqiqləşdirilməsi məqsədilə Texniki Ofisin Material Submittals komandası ilə koordinasiyanın təmin edilməsi;
  • Anbar məlumatları əsasında material qalıqlarının yoxlanılması və mövcud ehtiyatlar nəzərə alınmaqla sifarişlərin planlaşdırılması;
  • Materialların texniki təsdiq statusunun yoxlanılması və yalnız təsdiqlənmiş materiallar üzrə sifarişlərin yerləşdirilməsi;
  • Satınalma sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi, sənədlərin izlənəbilənliyinin və audit tələblərinə uyğunluğunun təmin edilməsi.

Tələblər:

  • Ali təhsil (texniki və ya iqtisadi istiqamət üzrə təhsil üstünlükdür).
  • Satınalma sahəsində minimum 2 il iş təcrübəsi.
  • Azərbaycan və Rus dillərini səlis bilməli;
  • MS Excel üzrə güclü biliklər; RFQ və müqayisə cədvəllərinin hazırlanması üzrə təcrübə.
  • ERP sistemləri ilə iş təcrübəsi.
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;

Əlavə məlumat:

  • İş qrafiki: 5/2, 09:30-18:30
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı: 2000-2500 AZN (net)
  • İş yeri - Çıraq plaza

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq vusala.racabova@avantgroup.az elektron poçt ünvanına göndərə bilərlər.


Другие вакансии в этой категории