Telesatış üzrə təmsilçi
Barattson
Период: 2026-05-21 - 2026-06-21
Количество просмотров: 149
Вакансия № 1015459
Город:
Баку
Əsas vəzifə öhdəlikləri:
- Telefon vasitəsilə təqdim olunmuş baza əsasında potensial müraciətçilərlə əlaqə saxlamaq və onlara telefon üzərindən satış həyata keçirmək;
- Müraciət edən şəxslərə tədris olunan Maliyyə və biznes təlimləri haqqında ətraflı və dəqiq məlumat verərək satışını təşkil etmək;
- Müraciət edən şəxslərin məlumatlarını CRM bazasına daxil etmək;
- Müraciətçilərin müştəriyə çevrilməsi üçün mütəmadi iş aparmaq;
- Şöbə rəhbərinin tapşırıqlarını yerinə yetirmək.
Əsas tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat mütləqdir);
- Dil bilikləri: Azərbaycan dili – səlis, Rus və İngilis dillərini bilmək üstünlükdür;
- Satış üzrə ən azı 1 il təcrübə mütləqdir.
Şəxsi keyfiyyətlər:
- Xoş ünsiyyətcil, gülərüz;
- Dinləmək qabiliyyəti;
- Səlis nitq qabiliyyəti;
- İnsanları inandırma bacarığı;
- Çevik işləmək bacarığı;
- Nizam-intizam və işinə qarşı məsuliyyətli olmaq.
Biz nə vəd edirik?
- Peşəkar inkişaf imkanı – daxili və xarici təlimlərdə iştirak, şəxsi və karyera inkişafı üçün dəstək;
- Rahat və müasir iş mühiti;
- Komanda birliyini gücləndirən motivasiyaedici korporativ tədbirlər.
- Ailə üzvlərinə təlimlərdən endirimli istifadə haqqı
Qrafik: 5 günlük iş həftəsi, saat 09:30–18:30;
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq tərəflər arasında razılaşdırılır.
Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Telesatış üzrə təmsilçi” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
Другие вакансии в этой категории





