Təlim koordinatoru
Barattson Период: 2023-11-01 - 2023-12-01
Количество просмотров: 627 Вакансия № 1011482
Город:

Баку


“Barattson” MMC- 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.  

Barattson MMC Biznes Təlimləri və Maliyyə İxtisaslaşması bölməsinə “Təlim koordinatoru” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

  • Təlimlərin idarə edilməsi və müəllimlərlə işin təşkili;
  • Yeni təlimlərin və tədris metodikasının təşkili;
  • Tədbirlərin, Seminarların təşkilini təmin etmək və izləmək;
  • Təlim, qrup (tələbə), müəllim məlumatlarının Schoolman proqramına daxil edilməsi;
  • İmtahanlara nəzarət, nəticələrinin yoxlanılması və koordinatora təhvili;
  • Midterm və final imtahan nəticələrini daxil etmək;
  • Sertifikatların sistemdə yaradılması, dizaynerə sifarişi və prosesin izlənilməsi;
  • Tələbələrin gündəlik davamiyyətinin yoxlanılması və ad soyadın koordinatora təhvili;
  • Həftəlik dərs cədvəli və otağın təşkili;
  • Whatsapp qruplarına nəzarət;
  • ACCA imtahanlarını qeydiyyatının aparılması və düzəliş edilməsi;
  • Həftəlik/aylıq əsasda ACCA üzrə imtahan vermiş şəxslərin siyahısını şöbə menecerinə göndərmək ;
  • Həftəlik /aylıq görülən işlərin hesabatının hazırlanması;
  • Applied learning programme tələblərinin təmin edilməsi istiqamətində işlərin təşkili;
  • ACCA qeydiyyatı üçün depozit kartın doldurulmasını təmin etmək;
  • Peşəkar imtahan mərkəzləri ilə rəsmi yazışmaları aparmaq və ehtiyac olduqda rəhbərliyə məlumat vermək;
  • Bölmə əməkdaşlarına dəstək.

Əsas tələblər:

  • Ali Təhsil (Maliyyə və İqtisadiyyat ixtisasları üstünlükdür);
  • 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili (upper - intermediate səviyyə);
  • Kompüter bacarıqları: Ofis proqramları və onlayn idarəetmə sistemində  işləmək bacarığı.

İş qrafiki: 6 iş günü (I-V 12:00-20:00, VI gün qısa iş günü)

Əmək haqqı:  450-500 AZN+bonus

Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Təlim koordinatoru” qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-in son göndərilmə tarixi: 1 Dekabr 2023.


Другие вакансии этого работодателя
Позиция Работодатель Период
Telesatış üzrə təmsilçi Barattson 2026-05-26 - 2026-06-21