Əməliyyatçı
Baku Electronics LTD
Müddət: 2026-10-13 - 2026-11-13
Baxış sayı: 30
Vakansiya № 1015860
Şəhər:
Bakı
Vəzifə funksiyaları
- Təsərrüfat şöbəsinə daxil olan sənədləri qəbul etmək, qeydiyyata almaq, aidiyyəti üzrə təqdim etmək və onların icrasını izləmək.
- Şöbənin gündəlik iş fəaliyyəti ilə bağlı sənədlərin hazırlanmasına, çapına, surətinin çıxarılmasına və sistemləşdirilməsinə kömək etmək.
- Ofis ləvazimatları, təsərrüfat malları və digər materiallarla bağlı sifarişlərin, tələbnamələrin və uçot sənədlərinin hazırlanmasında iştirak etmək.
- Təsərrüfat şöbəsinə aid sənədlərin düzgün və sistemli şəkildə qovluqlarda saxlanılmasını təmin etmək.
- Şöbədə aparılan təsərrüfat əməliyyatları ilə bağlı məlumatları elektron və kağız daşıyıcılarda qeyd etmək.
- Ofis ləvazimatlarının və digər təsərrüfat vasitələrinin hərəkəti üzrə uçot məlumatlarının hazırlanmasında iştirak etmək.
- Şöbə rəhbərinin tapşırığı əsasında müxtəlif arayış, siyahı, cədvəl və hesabatların hazırlanmasını həyata keçirmək.
- Elektron poçt, telefon və digər rabitə vasitələri ilə daxil olan xidməti müraciətləri qəbul etmək və aidiyyəti əməkdaşlara yönləndirmək.
- Təsərrüfat şöbəsi ilə digər struktur bölmələr arasında sənəd və məlumat mübadiləsinin təşkilinə kömək etmək.
- Şöbənin arxiv sənədlərinin formalaşdırılmasında və saxlanılmasında iştirak etmək.
- Vəzifə funksiyalarının yerinə yetirilməsi ilə bağlı rəhbərliyin digər qanuni tapşırıqlarını icra etmək.
Tələblər
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Problem həll etmə bacarığı olmalı;
- Operativ və düzgün qərar verməyi bacarmalı;
- Microsoft Office proqramlarında, UYUM və platformasında sərbəst işləməli;
- Analitik düşüncə tərzinə malik olmalı, ünsiyyət qabiliyyəti yüksək olmalı və təqdimat bacaraqlarına sahib olmalı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu kateqoriyada digər vakansiyalar