Əməliyyatçı
Baku Electronics LTD Duration: 2026-10-13 - 2026-11-13
View count: 40 Vacancy № 1015860
City:

Baku


Vəzifə funksiyaları

  • Təsərrüfat şöbəsinə daxil olan sənədləri qəbul etmək, qeydiyyata almaq, aidiyyəti üzrə təqdim etmək və onların icrasını izləmək.
  • Şöbənin gündəlik iş fəaliyyəti ilə bağlı sənədlərin hazırlanmasına, çapına, surətinin çıxarılmasına və sistemləşdirilməsinə kömək etmək.
  • Ofis ləvazimatları, təsərrüfat malları və digər materiallarla bağlı sifarişlərin, tələbnamələrin və uçot sənədlərinin hazırlanmasında iştirak etmək.
  • Təsərrüfat şöbəsinə aid sənədlərin düzgün və sistemli şəkildə qovluqlarda saxlanılmasını təmin etmək.
  • Şöbədə aparılan təsərrüfat əməliyyatları ilə bağlı məlumatları elektron və kağız daşıyıcılarda qeyd etmək.
  • Ofis ləvazimatlarının və digər təsərrüfat vasitələrinin hərəkəti üzrə uçot məlumatlarının hazırlanmasında iştirak etmək.
  • Şöbə rəhbərinin tapşırığı əsasında müxtəlif arayış, siyahı, cədvəl və hesabatların hazırlanmasını həyata keçirmək.
  • Elektron poçt, telefon və digər rabitə vasitələri ilə daxil olan xidməti müraciətləri qəbul etmək və aidiyyəti əməkdaşlara yönləndirmək.
  • Təsərrüfat şöbəsi ilə digər struktur bölmələr arasında sənəd və məlumat mübadiləsinin təşkilinə kömək etmək.
  • Şöbənin arxiv sənədlərinin formalaşdırılmasında və saxlanılmasında iştirak etmək.
  • Vəzifə funksiyalarının yerinə yetirilməsi ilə bağlı rəhbərliyin digər qanuni tapşırıqlarını icra etmək.

Tələblər

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Problem həll etmə bacarığı olmalı;
  • Operativ və düzgün qərar verməyi bacarmalı;
  • Microsoft Office proqramlarında, UYUM və  platformasında sərbəst işləməli;
  • Analitik düşüncə tərzinə malik olmalı, ünsiyyət qabiliyyəti yüksək olmalı və təqdimat bacaraqlarına sahib olmalı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.