Korporativ hüquq şöbəsi, hüquqşünas
Expressbank Müddət: 2025-10-31 - 2025-11-30
Baxış sayı: 110 Vakansiya № 1014852
Şəhər:

Bakı


İşin təsviri:

  • Bank tərəfindən bağlanan kredit, ipoteka, zaminlik, girov və digər mülki-hüquqi müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Bankın fəaliyyətində meydana çıxan hüquqi məsələlər üzrə rəy və təkliflərin hazırlanması;
  • Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə yeni müqavilə və saziş layihələrinin hazırlanmasında iştirakı;
  • Bank fəaliyyətini tənzimləyən daxili normativ sənədlərin (siyasət, təlimat, qayda və s.) layihələrinin hazırlaması və onlara hüquqi rəyin verilməsi;
  • Qanunvericilikdə baş verən dəyişikliklər barədə bankın müvafiq struktur bölmələrinin mütəmadi olaraq məlumatlandırması.

Tələblər:

  • Ali hüquqi təhsil;
  • Azərbaycan dili səlis, rus və ingilis dili arzu olunandır;
  • Analitik düşüncə və təhlil etmə bacarığı;
  • Mülki və Bank qanunvericiliyi eləcə də Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktları üzrə biliklər;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Norma yaratma üzrə müvafiq təcrübə;
  • Mülki-hüquqi əqdlərin tərtib edilməsi üzrə təcrübə.

    Müraciət et