Rəqəmsal Mühəndislik departamentində Əsas Sistemlər (Core System) qrupunun Kiçik Mütəxəssisi
Paşa Bank
Müddət: 2025-11-03 - 2025-12-12
Baxış sayı: 26
Vakansiya № 1014858
Şəhər:
Bakı
İşin təsviri:
- Maraqlı tərəflərlə əməkdaşlıq edərək biznes tələblərini toplamaq və sənədləşdirmək;
- Biznes ehtiyaclarını funksional spesifikasiyalara çevirmək;
- Dəyişiklik sorğularının (CAB) analizinin aparılması və qiymətləndirməni etmək;
- Proqramçılar, tester və layihə menecerləri ilə sıx əməkdaşlıq edərək həllərin uğurla çatdırılmasını təmin etmək;
- Biznes tələbləri, proses axınları və istifadəçi təlimatları daxil olmaqla sənədləri hazırlamaq və saxlamaq;
- İstifadəçi testlərini (UAT) dəstəkləmək və son istifadəçilərin təlimində iştirak etmək;
- Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək;
- Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri daxil mühəndislik işlərini təmin etmək;
- Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək;
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər:
- Təhsil: İnformasiya Texnologiyaları, Biznes İdarəçiliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi
- Tələb olunan iş təcrübəsi: IT Biznes analitika və bankçılıq sahəsində minimum 1 il təcrübə
- Xarici dillər: İngilis(yaxşı)
- Komputer bilikləri: Oracle SQL (orta), BPMN və UML modelləşdirmə dil biliyi, Microsoft Office (Excel, MC Visio)
- Məhsul üzrə biliklər: JIRA, Confluence və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi
- Bazar üzrə biliklər: Bankçılıq biliyi arzuolunandır.
Müraciət et
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları





